"Qəbələ"nin futbolçuları arasında qalmaqal: komanda yoldaşına yumruq vurdu, qırmızı vərəqə aldı

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right