"Yaxşı kombinasiyalı hücumla qol vurmadılar" - Rəşad Sadiqov

"Neftçi" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, oyundan sonra qonaqların yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

- "Qəbələ" səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu. 1 qol vurduq, bəxtimiz gətirmədi. adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir.

- "Neftçi"də çatışmayan nədir?

- Psixoloji durum. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu vacib amildi.

- "Neftçi"yə gəlməyinin səbəbi nə oldu?

- Tərlan müəllim dəvət etdi, mən də gəldim. "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdı. Kömək etmək üçün gəlmişəm. 

- "Zirə"də intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?

- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq. 

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?

- Qışa qədər xal qazanmağa çalışacağıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right