"Qarabağ" güclüdü, amma..." - Kamerunlu futbolçu

"Zirə" Azərbaycam Premyer Liqasının 6-cı turunda "İnter"lə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

Newsport.az saytının məlumatına görə, oyundan sonra "qartallar"ın kamerunlu müdafiəçisi Jozef Bum jurnalistlərin suallarını cavablandırıb.

- Oyunda xal itirdik. Azarkeşlərimizin önündə oynayırdıq. Öz meydanımızda hər zaman 3 xal üçün çıxırıq. Fərqi yoxdur, bütün komandalara qarşı qələbə qazanmaq üçün çıxmalısan. Əgər bu istək yoxdusa, heç meydana da çıxma.

- "İnter" 50 dəqiqədən çox azlıqda qalsa da, fərqlənə bilmədiniz...

- Hər komanda 10 nəfər qalanda daha da çətin olur. Çünki rəqib qapanır və əks-hücum fürsəti gözləyir.

- "İnter"də maliyyə problemi var. Üstəlik, onların transfer qadağası var...

- Vəziyyətlərini bilmirəm. Amma yaxşı performans sərgiləyən klubdu. Bacarıqlı oyunçuları var. Təcrübəli komandadır və oyunçuları uzun müddətdir ki, birgə çıxış edir.

- "Qarabağ" lider oldu. Siz isə ikinci oldunuz. Növbəti oyunda da "Qarabağ"la görəşəcksiz.

- Biz hər oyuna 3 xal üçün çıxırıq. Bizim üçün fərqi yoxdu.

- "Qarabağ"ın güclü heyəti var. Onları məğlub edəcəyinizə inanırsan?

- "Qarabağ" güclüdü, amma top yumrudu. Matçdan öncə kimsə nəticəni bilmir.

- "Qarabağ"ın "Roma" ilə oyunu necə keçəcək?

- Çox çətin olacaq. Ən böyük klublar orda olur. Bu, Çempionlar Liqasıdı. "Qarabağ" qalib gəlsə, Azərbaycan və bizim futbol üçün gözəl olar.

- "Qarabağ" "Roma"ya qalib gəlib "Zirə"yə uduzsa, buna nə ad vermək olar?

- Hər şey baş verə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right