"Zirə" "İnter"lə heç-heçə etdi, "Səbail" "Kəpəz"ə qalib gəldi Yenilənib

Premyer Liqada altıncı turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki görüş keçiriləcək.

Çempionatın debütantı "Səbail" öz meydanında "Kəpəz"i qəbul edəcək. Qonaqlar bu mövsüm qələbəyə həsrətdirsə, meydan sahibləri bir dəfə qalib gəlib. 

Günün digər oyununda isə "Zirə" "İnter"i qəbul edəcək. "Qarabağ"ın "Sumqayıt" üzərində qələbəsindən sonra liderliyini itirən Ayxan Abasovun komandası qələbə sayəsində yenidən zirvəyə yüksələ bilər. 

Qeyd edək ki, turun soncu oyunu bazar günü keçiriləcək.  



23 sentyabr (şənbə)

Azərbaycan Premyer Liqası

VI tur

17:30. “Səbail” - “Kəpəz” - 1:0 
Qol: 
Elman Taqayev, 60
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
“Dalğa Arena”

20:00. “Zirə” - “İnter” - 1:1 
Qol: 
Sertan Taşkın, 21 (0:1), Yovan Krneta, 67 (1:1)
Qırmızı vərəqə: İlkin Qırtımov, 43 ("İnter")
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right