"Buraxdığı səhvlərə görə cavab verəcək" - Samir Abasov

Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a uduzan (1:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Abasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Oyuna pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruya bilmədik. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.

- Mehdi Cənnətovun oyunundan razı qaldınız?

- Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.

- Cavid İmamverdiyevin zədəsi necədi?

- Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Ümid edirəm ki, zədəsi ciddi deyil.

- Hakimlikdən razı qaldız?

- Hakimlik barədə danışmaq istəmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right