"Milliyə dəvət almağı sürpriz hesab etmirəm" - Dino Ndlovu

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu uzun müddət ölkəsinin millisi"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu uzun müddət ölkəsinin millisinə dəvət alması barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Dino milliyə dəvət almağını sürpriz hesab etmir: "Mən inanmırdım... İndi də anlamıram. Bu barədə məlumatım yox idi. Lakin yığmaya dəvət almaq mənim üçün sürpriz deyil. Çünki son zamanlar çox səylə çalışırdım. Deyərdim ki, səbir etdiyim illərin əvəzini aldım. İşimiz bitməyib. Mən daha çox çalışmalıyam".

Dino "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə qarşı ilk oyunu barədə də danışıb: "Bizim üçün yaxşı təcrübə olacaq. Yaxşı oynadığımı hiss edirdim. Performansımı daha yaxşı göstərməyim üçün mənə 1 qol lazım idi".

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib.

CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.nə dəvət alması barədə danışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right