“Neftçi” Moldova yığmasının qapıçısına göz dikib

Səlahət Ağayevin zədələnməsindən sonra qapı xəttində problemlər yaşayan “Neftçi” axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, bakılıların hədəfində 4 əcnəbi qolkiper var.

Danışıq aparılan qapıçılardan birinin adını müəyyənləşdirmək olub. Bu, Moldova yığmasının qapıçısı Stanislav Namaşkodu. Namizədlər arasında onun adının olması əbəs yerə deyil. Çünki Namaşko, 2014-16-cı illərdə Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-ın heyətində çıxış edib və çalışdırıcı onun bacarığına bələddi. Hazırda Yunanıstanın “Levadiakos” klubunun şərəfini qoruyan qapıçı ilə danışıqlar uğurla alınsa, onunla qarşıdakı qış transfer pəncərəsində müqavilə bağlanılacaq. 

Qeyd edək ki, Namaşkonun hazırkı klubu ilə mövsüm sonuna kimi müqaviləsi var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right