"Qəbələ" komandalarından yeni mövsümə uğurlu start

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də ilk görüşlərini keçirib. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-10, U-11 və U-12 komandaları ilk turda qüvvəsini sınayıb. U-10 Liqasında UGİM Ağdaşın UGİM-ni 11:0 hesabı ilə məğlub edib. UGİM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan Gİİ 4:5 hesabı ilə uduzub.

U-11 Liqasında Qəbələnin iki komandasl üz-üzə gəlib. “Qəbələ” UGİM-i 7:0 hesabı ilə məğlub edib. U-12 Liqasında da eyni komandalar görüşüb. Bu matç daha məhsuldar alınıb və “Qəbələ”nin qələbəsi ilə başa çatıb – 9:1.

U-16 komandası da mövsümə qələbə ilə start verib. "Qəbələ" səfərdə “Sumqayıt”dan güclü olub – 2:0. U-17 Liqasında isə artıq iki tur baş tutub. “Qəbələ” səfərdə keçirdiyi ilk oyunda “Neftçi” İK İB ilə qolsuz heç-heçə edib. İkinci matçda isə komanda öz meydanında “İnter”i böyükhesablı məğlubiyyətə uğradıb – 5:1. İki görüşdə 4 xal toplayan “qırmızı-qaralar” 3-cü yerə şərikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right