“Qarabağ”ın matçının yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının məkanında dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Kapital Bank Arena”da yox, Tofiq Bəhramov adına Respubilka stadionunda oynanılacaq. 

Buna səbəb ağdamlıların ÇL-də iştirakıdı. Belə ki, “Kapital Bank Arena” süni örtüklü olduğundan “Qarabağ” “Roma” ilə matçdan əvvəl təbii ot örtüyündə meydana çıxması üçün belə addım atıb. Oyunun başlama saatı köhnə təqvimlə 19:00 göstərilsə də, böyük ehtimalla qarşılaşma fərqli saatda start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right