AFFA paytaxt klublarını cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Əvəzedicilərin çempionatında 5-ci turun “Neftçi” - “Zirə” matçının 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Əvəzedicilərin çempionatında 5-ci turun “İnter" – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “İnter”in futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Əvəzedicilərin çempionatında 5-ci turun “Səbail" – “Qəbələ” matçında “Səbail" oyunun video yazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right