Nicat Muxtarovun cəza müddəti bəlli oldu

Oğurluğa görə saxlanılan "Sumqayıt"ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

Newsport.az-ın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün futbolçu Nicat Muxtarovun sərbəst buraxılması haqda xəbərlər yayılsa da, daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib. (Lent.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right