Ramazan Abbasov: “Birinci Diviziondan ümidimizi üzməmişik”

Birinci Divizionda çıxışına icazə verilməyən “Göyçə” hələ də ümidini üzməyib. 

Newsport.az saytına açıqlama verən komandanın təcrübəli oyunçusu Ramazan Abbasov bu həftə ərzində bütün suallara aydınlıq gələcəyini bildirib: 

“İşimiz hələ də müəmmalı olaraq qalıb. Biz də bilmirik ki, bu nə olan işdi. Yəqin ki, bu həftə ərzində hansı komandaların çempionata buraxılıb-buraxılmayacağı bilinəcək. Yəni, 10 komanda artıq təsdiqlənib, onların sayının arta biləcəyi də gözlənilir. Hələ ki, ümidlə gözləyirik. İnşallah, bizi də çempionata buraxarlar. Çünki çox yaxşı komanda yığılıb bizdə. Bu cür heyəti olan komandanı çempionata buraxmamaq çox böyük bir zərbə olardı. Çempionata da çox yaxşı hazırlaşmışıq. Birdən-birə belə olması çox üzücüdü. Sadəcə, söz tapıb deyə bilmirik. Rəhbərlik də çalışır ki, komandanı çempionata buraxsınlar. Danışıqlar gedir. Yəqin ki, bir neçə gün ərzində rəhbərlik də konkret söz deyər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right