“Qəbələ”dən ardıcıl 5-ci qələbə

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 5-ci turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, turun ikinci günündə “Qəbələ” səfərdə “Səbail”in qonağı olub. Bunadək keçirdiyi bütün oyunlarda qələbə qazanan Elmar Baxşıyevin yetirmələri bu dəfə də meydanı 3 xalla tərk ediblər. Sözügedən komanda meydan sahiblərinin müqavimətini yalnız ilk hissənin ortalarında qırıb. Rövlan Muradov 31-ci dəqiqədə hesabı açıb. Fasilədən sonra “Qəbələ” daha iki qol vurub. Çempionatın ən məhsuldar oyunçusu Ülvi İsgəndərov daha 2 dəfə rəqib qapısına yol tapıb. 

Beləliklə, ardıcıl 5-ci qələbəsini qazanan “Qəbələ”nin əvəzediciləri turnir cədvəlinin zirvəsindəki mövqeyini möhkəmlədib.

Əvəzedicilərin çempionatı
5-ci tur
18 sentyabr

“Səbail” – “Qəbələ” - 0:3
Qol:
Rövlan Muradov, 31. Ülvi İsgəndərov, 69; 82.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right