Endi Hallidey: "Liderlərə çatmaq üçün çox çalışacağıq"

"İlk hissədə çox top itirdik, oyunu ələ almaqda çətinlik çəkirdik. Amma ikinci hissədə özümüzə gəldik və xeyli qol imkanı yaratdıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Endi Hallidey deyib. 

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Səbail"i məğlub edib (1:3) və növbəti 3 xalı aktivinə yazdırıb. Oyundan sonra saytımıza açıqlama verən futbolçu fikirlərini bildirib. O, fasilədən sonra özlərinə gəldiklərini deyib: "Deməzdim ki, pis oynayırıq. Sadəcə, ilk hissəyə yaxşı başlamadıq və sonradan özümüzə gəldik. Ümumiyyətlə, həmişə ən yaxşı oyun nümayiş etdirməlisən. Əminəm ki, biz bundan da yaxşı oyun sərgiləyə bilərdik". 

Şotlandiyalı futbolçu hər oyunda fərqli mövqelərdə çıxış etməsinə də münasibət bildirib: "Mənim universallığım var və hansı mövqedə oynamağımın fərqi yoxdur. Əgər məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilirəmsə, özümü çox xoşbxt hiss edirəm". 

O, oyunun gedişində hakimə etiraz etməsindən də danışıb: "Həmin epizoddan öncə qayda pozuntusu qeydə alındı. Mən hakimdən nə baş verdiyini soruşdum, amma o, məni başa düşmədi. Hakimin üzərinə sığıdım? Yox, bir qədər aqressiv idim. Şotlandiyalıların dediyi hər bir şey qaressiv görünür (gülür). Daha sonra hakim sarı vərəqə göstərdi və mən üzr istədim. Yenə deyirəm, sadəcə, nə baş verdiyini soruşmaq istəyirdim".

Hallidey komandasının liderlərlə arasında olan xal fərqindən söz açıb: "Düzdü, biz bundan daha yaxşı oyyun göstərə bilərik. Komandamızın gücü var və liderlərə çatmaq üçün çox çalışacağıq". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right