Vüqar Nadirov: "Öz oyunumda xeyli irəliləyiş var"

"Həqiqətən də "Qəbələ" kimi komandaya qarşı çox yaxşıı oynadıq. Komandamız gənclərdən təşkil olunub, get-gedə yaxşı formaya düşməyə çalışırıq. Düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq".

Bu sözləri Newspor.az saytına açıqlamasında "Səbail"in hücumçusu Vüqar Nadirov deyib. 

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda öz meydanında "Qəbələ"yə məğlub olub - 1:3. Oyundan sonra saytımıza açıqlama verən təcrübəli oyunçu fikirlərini bildirib.

O, öz üzərində çalışdığını və oyununda irəliləyiş olduğunu qeyd edib: "Hər bir komandaya qarşı yaxşı oynamağa çalışıram. Öz formamı bərpa etməyə və komandam üçün əlimdən gələni etməyə çalışıram. Fikrimcə, öz oyunumda xeyli irəliləyiş var". 

Vüqar "Səbail"in yaxşı komanda olması üçün vaxta ehtiyacı olduğunu bildirib: "Təzə komandayıq, 1-2 aydı bir yerdəyik. Oturuşmuş komanda olmaq üçün bizə vaxt lazımdı. İnşallah, baş məşqçimiz komandanı düzəltməyə nail olacaq". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right