"Qarşımıza böyük məqsədlər qoyulmayıb" - Samir Əliyev

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Səbail” evdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev oyunla bağlı fikirlərini bildirib:

- Minumum 1 xal üçün çıxmışdıq. Böyük fasilə yaranmışdı, oyun praktikası baxımdan əziyyət çəkirdik. Ustalıq səviyyəsi öz sözünü dedi.

- “Qarabağ” və “Qəbələ”də səviyyə fərqi dediyiniz kimi bilinir. Bəs, digər klublara qarşı yaxın gələcəkdə planlarınız nədi?

- Problemlərimiz çoxdu. Sıfırdan yaranmış komandadı. Heyətdə problemlərimiz var, vaxt lazımdı. Qarşımıza böyük məqsədlər qoyulmayıb. Heyətimiz genişdi, yeni oyunçulara şans verəcəyik.

- "Qəbələ"nin çalışdırıcsı Roman Qriqorçuk hakimlikdən şikayətləndi. Siz referilərin idarəçiliyindən razısınız?

- Bu haqda ancaq videotəkrardan sonra demək olar. Məncə, kobud səhvə yol vermədilər.

- Əgər yaş limiti olmasaydı, Pərviz Qaraxanovu əvəz edərdiniz?

- Çox güman ki, növbəti matçda dəyişiklik edəcəm. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right