"Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı" - Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm.

- Hellideyin epizodunda oyundankənar vəziyyət var idi?
- Hellideyin fərqləndiyi epizodda əmin idim ki, oyundankənar vəziyyət yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.

- Cavid Hüseynovun zədəsi nə yerdədi?

- Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim. 

- “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Bir müddət öncə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı? 
- Burda olduğum müddətdə həmişə deyəcəm, heç kimdən qorxmuram.  Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.

- Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
- Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görümür. 

- İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
- İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı. 

- Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız... 
- Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right