Şahin Diniyev: "Sanki 20 ildir dusdaqxanada saxlayıram"

“Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Bu gün əsas heyətlə oyuna çıxmışdılar”.

Newsport.az saytının məlumatına görə, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdu.

Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”ın qonağı olan Gəncə təmsilçisi rəqibinə 2 top fərqi ilə məğlub olub – 0:2.

Matçdan sonra keçirilən mətbuat konfransında Diniyev fikrini bu sözlərlə davam etdirib: “Çalışdıq boş zonalar buraxmayaq. Taktiki cəhətdən düz oynadıq. Güclü komandaların bir fərqi var ki, kiçik səhvlərdən maksimum yararlanırlar. Mənə elə gəlir ki, ikinci hissədə daha yaxşı oynadıq. Zonaları bağlayıb, əks-hücumlara üstünlük verdik. Oyun heç-heçə də nəticələnə bilərdi. Bir neçə qol şansımız oldu. Ancaq bu, mülahizələrdi. Futbolçularımdan razıyam, meydanın hər qarışı uğrunda mübarizə apardılar. Əsas odu ki, buraxılan qoldan sonra da komanda sınmadı. Yeni komandayıq, bizə vaxt lazımdı. Oyundan-oyuna tam başqa “Kəpəz” oluruq. Komandanın potensialına bələdəm. Futbolçulara inamım böyükdü”.

- Bəzi oyunçuların mövqelərində dəyişiklik var idi. Bu, nə ilə bağlı idi?

- Bizdə standart vəziyyətləri Tural Rzayev yerinə yetirir. Bu anlarda da oyunçuların yerləri dəyişir. “Qarabağ” kimi komandaya qarşı oyunun gedişində mövqe dəyişikliyi faciə ilə nəticələnərdi.

- Son vaxtlar məğlub olan komandaların məşqçiləri oyundan razı qalırlar. Sizin hücumçular bu gün oyundankənar vəziyyətdə çox qalırdılar. Bu, nədən irəli gəlir?

- Tamamilə doğrudu. Səbəb heyətdə 16 futbolçunun dəyişməsi oldu. Xətlərarası anlaşılmazlıqlar belə anlarda üzə çıxır. Anlaşma yüksək səviyyədə deyil. Xətlər arasında boşlular var. Futbolçular vuruşdular, onların əməyini yerə sala bilmərəm. “Kəpəz” yerindən, məkanından asılı olmayaraq iddialı komandadı. Mənim dərdimi açdınız. Əsas heyətin bəzi üzvləri I divizion komandalarından gəlib. Ötən mövsümkü heyətdən 4 nəfər qalıb.

- Belə çıxırmı ki, komanda potensialına uyğun oynayır?

- Belə deməzdim. “Zirə”yə uduzduğumuz matçda 61 faiz topa nəzarət var idi. İndiki halda biz 4-cü yerə layiqik. Sadəcə, komanda hələ formalaşmayıb. Son iki oyunda komandada inkişaf görürəm. Mən sözü havaya demirəm. Komandanın uyğunlaşma dövrü uzandı. Bu bizim günahımızdı. Elə mövqe var ki, axırıncı dəqiqəyə qədər beynimdə şübhə olur ki, bəlkə səhv edirəm.

- “Kəpəz” rəhbərliyinə necə izah etmək olar ki, komandanı çempionat öncəsi toplamazlar?

- Çox asan səbəbi var. Biri hakimin, biri də rəhbərliyin üstünə atmaq. Əgər xoşun gəlmirsə, işləmə, çıx get. Bizim büdcəmiz 7 komandadan qat-qat aşağıdı. Məsuliyyəti baş məşqçi daşıyır. Büdcəm olsaydı, heç olmasa 100 minlik futbolçu götürərdim. Məndə o imkan yoxdu indi. Rəhbərlik də nə bacardısa, onu da etdi. Büdcənin formalaşmasında da baş məşqçi məsuliyyət daşıyır. Məsuliyyətin 51 faizi mənim üzərimdədi. Rəhbərliyin maksimum yaratdığı şəraitdən narazılıq bildirə bilmərəm.

- Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?

- Heç birini (gülür). Ötən dəfə Coşquna demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin (gülür). Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 ildir dusdaqxanada saxlayıram(gülür).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right