“Səviyyəli futbolçu almaq üçün büdcəmiz artırılmalıdır” "Sumqayıt"ın kapitanı

"İnter"lə oyundan 1 xalla ayrılan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov matçdan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Bu cür isti havada və süni meydanda oynamağın çətin olacağını rəhbərliyə bildirmişdinizmi?

- Oyundan 2 gün əvvəl başlanma vaxtını öyrəndik. Baş məşqçimiz hazırlığımızı saat 5-ə təyin etdi. Təbii ki, bü cür isti havada oynamaq çox çətin idi.

- Özünüzü necə hiss edirdiniz? Ayaqlar sözünüzə baxırdımı?

- Ayağımız da işləyirdi, başımız da. Amma bu saatda oynamaq çətin idi. Bizim işimiz futbol oynamaqdı hava şəraitindən aslı olmayaraq. Qarşılaşmanın vaxtını PFL təyin edir. Bizim də borcumuz həmin vaxtda meydana çıxmaq, işimizi görməkdir.

- Səhhətinizlə bağlı narahatlıq hiss etmirdiniz?

- Həkimlər nəzarət edirdi. Üstəlik baş hakim su fasiləsinə imkan verdi.

- İkinci hissədə kölgə olan tərəfdə oynadığınızdan daha rahat olardı…

- Bu, oyun epizoduyla bağlı idi. Həm də fasilədən sonta günəş yavaş-yavaş batırdı.

- Kapitan kimi bu qədər epizodu qaçırmağınıza təəssülənmirsiniz?

- “Zirə” ilə matç istisna olmaqla, qalan oyunların ilk 25-30 dəqiqəsində yetərincə qol epizodu yarada bilirik. Amma bunları gerçəkləşdirməkdə çətinlik çəkirik. Halbuki həmin epizodlarla qarşılaşmanın taleyini həll edə bilərdik. Baş məşqçimizi də narahat edən məqamlardan biri budur. Məşqlərdə bunun üzərində çalışırıq.

- Bəlkə bu, futbolçuların ustalıq səviyyəsi ilə bağlı olan məsələdir?

- Demək olar, hər oyunda qol vururuq. Amil, Cavidlər, Rəşad rəqib qapısına yol tapır. Yüksək səviyyəli futbolçu transfer etmək üçün büdcəmiz artırılmalıdır. Ancaq hazırkı heyətimiz də pis futbolçulardan təşkil edilməyib.

- Avrokuboklara vəsiqə qazanmağınız büdcənin artırılmasına kömək edə bilər?

- Büdcənin artırılması hamımız üçün yaxşı olar.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Belə güclü komandanı büdrətməyə gücünüz çatacaqmı?

- “Qarabağ” Çempionlar Liqasında çıxış edir və onları sizin vasitənizlə təbrik edirik. Rəqibin gücü hamıya bəllidir.Amma biz əlimizi yanımıza slamayacayıq sona qədər mübarizə aparacayıq. Evdə oynayacağıq. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və stadiona gələcək azarkeşlərimizi sevindirək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right