"Sevinməyəndə digər söz-söhbətlər çıxır" - Ayxan Abbasov

"Bilirdik ki, matç ağır olacaq. Məşqçi dəyişildikdən sonra "Neftçi"də motivasiya var idi və bu hiss olunurdu. Hücumameyilli futbolçulara üstünlük verilirdi".

Newsport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.

Qəsəbə təmsilçisi Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Neftçi"ni məğlub edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib.

O, komandasının növbəti oyunlarda daha yaxşı çıxış edəcəyini bildirib: "Məni sevindirir ki, komanda taktiki baxımdan düz oynadı. Avropa Liqasında və çempionatın əvvəlində etdiyimiz səhvləri düzəlditik. Oyunlarımız çoxdu, çatinliklər var və daha da inkişaf olmaq istəyirik. Bu 3 xal bizim üçün vacib idi. Gələcək oyunlara hazırlaşacağıq".

- Oyudnan öncə Rəşad Sadiqovla görüşüb söhbət etmədiz?

- Yox, onunla üz-üzə gəlmədik, çünki söhbət artıq bağlanıb. Onunla komandadan ayrılanda söhbət etdim və bir-birimizi normal başa düşdük və inanıram ki "Neftçi"yə kömək edəcək.

- Siz hər qələbəni çox böyük sevinclə qeyd edirsiz...

- Olmaz ki?

- Yəni onun xüsusi səbəbi varmı?

- Qələbəni yaşayırıq. Həm mən, həm futbolçular. Qol üçün savaşırıq. Qol olanda da sevinmək lazımdı. Sevinməyəndə digər söz-söhbətlər çıxır. "Çelsi" "Qarabağ"a 4-cü qolu vuranda da çılğınlıqla sevinirdi.

- "Neftç"inin oyununda hansı dəyişikliyi gördüz?

- Bu barədə mənim danışmağım düz olmaz. Özüm üçün bəzi dəyişiklikləri qeyd etdim. Bu komandanın daxili problemi var ki, bu duruma çox komandalar düşüb. Məşqçiyə güvənmək lazımdı. Məşqçinin fərqi yoxdu, biz əmzkarlıq göstərəcəkdi.

- Son dəqiqələr çox gərgin oldu. Həmin epziodlarda müdafiəçilər topu sadəcə uzaqlaşdırırdılar. Siz sanki bunu istəmirdiniz...

- Qıraqdan biz də onu görürdük. Futbolçular yorğun idi. Onlar psixoloji də yorğun idilər və topu hara gəldi vurmaqla vaxt aparırdılar. Futbolçulara çatdırmaq istəyirdik ki, müdafiəyə oturmaq lazım deyil. Bu da normladı, psixoloji problemlə bağlıdı. 

- Futbolçular arasında anlaşılmazlıq olurdu. Sabki bir-birini anlamırdılar...

- Doğrusu, görməmişəm, ancaq ola bilər. Futbolçularım intizamlıdı. Ola bilsin sadə epizodlar olub.

- "Zirə" liderdi. Builki məqsədiniz nədir?

- Çempiponluqdan danışmağımız tez olar. Klubumuz inkişaf edir, bu aydın məsələdi. Hər komanda ilə mübarizə aparacağıq. Bir daha avrokubok həyəcanı yaşamaq üçün çalışacağıq. Komandanın böyüməsi üçün belə turnirlərdə iştirak etmək vacibdi

- Komandanın üzvləri qəsdən yerdə qalıb, vaxt öldürürdü. Bu təcrübəni “Astra” ilə oyunda qazanmışdız?
- Mən oyunda elə epizod görmədim. Ola bilsin, biz ayrı oyunlara baxmışıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right