Tərlan Əhmədov: "Vaxtında gəlsəydim çox futbolçu qalardı"

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi” evdə “Zirə”yə məğlub olub – 1:2.

Newsport.az-ın məlumatına görə, matçdan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın oyunundan razı qaldım. Hücum futbnolu oynamaq istədik. 2 səhv buraxdıq, məğlub olduq. 5 gündə gördüyümüz işlər xətlərarası əlaqənin bərpası məni sevindirir. Amma görüləcək işimiz çoxdu. Qısa müddətdə fiziki gücü və psixoloji gücü artırmaq çətindi. Futbolçularıma təşəkkür edirəm. Səhvlərmizi minumuma enidməyə çalışacağıq. Bu gün tələbimiz var idi ki, bütün futbolçular hücuma qoşulsun. Xətlərarası əlaqə tam yerində deyil, öz futbolumu onlara aşılamq üçün çox vaxt lazımdı. Hər iki cinah oynayırdı, amma rəqib cərimə meydançasına ötürmə yox idi.

- Oyundan sonra İnqilab Məmmədova nə deyirdiniz?

- Ona dedim ki, Əliyara desin ki, tez-tez oyunu saxlamasın. Qırmızı vərəqə ilə bağlı etirazım yoxdu. Tələbkar olmuşam futbolçulara qarşı. Mirabdulla ilə söhbət edəcəm. Futbolçunun az olduğu vaxt belə səhhvlər etmək olmaz.

- Bura millinin oyunları ilə əlaədar fasilədə yox, mövsümün əvvəlində gəlsəydiniz necə olardı?

- Məni bura gəlməyində klub rəhbərliyi və mətbuatın da rolu olub. Mövsümün əvvəli gəlsəydim başqa futbol görərdiniz. Mənim bura gətirdiyim yeganə futbolçum Rəşad Sadiqovdu. O da bu gün yaxşı oynadı. Vaxtında gəlsəydim çox futbolçu qalardı. Bura gəlməyimdə rəhbərliyin rolu çox olub. Komanda ikinci hissədə istədiyim futbolu oynadı. Həftə ərzində taktiki sxem üzrə işləmişdik. İstədiyimi birdən-birə dəyişə bilməzdik. Əsas istəyimiz rəqibi təzyiqdə saxlamaq idik.

- Yeni fiziki hazırlıq üzər məşqçi kim olacaq?

- Axtarışdayıq, bir neçəsi var. Biri öz ölkəsinin yığmasında işləyir. Bundan başqa, bir neçəsini də axtarırıq. Bəzilərinin də məvacibləri çoxdu, onu ödəyə bilmirik.

- Azarkeşlərlə oyundan sonra nə danışdınız?

- Onlarla həftəarası görüşəcəyik, vaxt edib bir yerə yığışmağmızı dedim.

- Qışda istədiyiniz komandanı qurmaq üçün istədiyiniz kimi şərait yaradacaqmı?

- Mənim işimə heç kim qarışmayıb. Qışa qədər xallarmızı qaldıraq ki, nəsə tələb edə bilək. Rəhbərlik “Neftçi”nin qalxmasını istəyir, mənə problem yaradılmır.

- Vaxtında gəlsəydiniz kimləri saxlayardınız?

- Araz Abdullayev, Elşən Abdullayev və Cavid İmamverdiyevi göndərməzdim.

- Növbəti oyunöncəsi heyətdə vəziyyət nə yerdədi?

- İndidən nəsə deyə bilmərəm. Elnur sabahdan fərdi məşqlərə başlayacaq. Futbolçu qıtlığı var. Yerli oyunçulara ehtiyacımız çoxdu. Əlimizdə kim var, ondan istifadə etməyə çalışacağıq. Millilərin oyunu ilə bağlı fasilədən sonra daha güclü olmağa çalışacağıq

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right