Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qəbələ” görüşünün təyinatlarında dəyişiklik edilib.
Newsport.az saytnının məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb. Bu görüşdə 4-cü hakim funksiyasını Fariz Yusifov deyil, Ziya Nəsirov yerinə yetirəcək. Dəyişikliyin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, sabah keçiriləcək "Səbail" - "Qəbələ" görüşü saat 21:00-da start götürəcək.