"Bu saata oyun salan adam fikirləşməlidir ki..." Samir Abasov

“Xeyli qol vəziyyətimiz olsa da, sönük oyun keçdi. Bu saata oyun salan adam fikirləşməldir ki, meydanda 22 nəfər insan oynayır. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının V turunda səfərdə “İnter”lə qollu heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi”.

- Ümumiyyətlə, oyunun bu saata keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişdinizmi?

- Xeyr, bu, ev sahibi komandasının öhdəsinə düşən məsələdi. Hava normal futbol oynamağımıza imkan vermədi.

- Sağ cinahda taktiki dəyişiklik etdiniz və Cavid Tağıyevi ora atdınız...

- Sadəcə, həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Tural Axundov bir qədər aşırı irəli getdiyi üçün, mərkəz müdafiəçilərimizdən biri o mövqeni bağlamalı idi. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right