Roman Qriqorçuk: "Azərbaycanda yalnız avrokuboklar zamanı stadion dolur"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Roman İosifoviç zaman çox tez keçir. Sanki dünən avrokuboklarda "Çernomorets"lə çıxış edirdiniz. Amma 3 ildir ki, Azərbaycanda işləyirsiniz...

- İşləyərkən bunu hiss etmirsən. Amma düşünəndə görürsən ki, doğrudan da vaxt uçur. 

- "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə düşə bilmədiniz. Yəqin bu sizi çox məyus edir?

- Mən "Panationaikos"u keçəcəyimizin real olduğunu düşünsəydim, o zaman pis olardım. Biz ilk mərhələdə "Yaqelloniya"ya da uduza bilərdik. Polşalılar güclü idilər və yaxşı təşkilatlanmış komanda idilər. Elə alındı ki, "Qəbələ" qalib gələ bildi. Amma gördüm ki, bu mənim komandamın maksimumu idi. 

- Oyun zaman hansı dildə danışırsız?

- Cəmi 1-2 nəfər var ki, rus dilində bilmir. Onlara mənim köməkçilərim yardım edir. Digər xarici futbolçuları sadə şeyləri ingiliscə aydınlaşdıra bilirik. 

- “Çernomorets”i izləyirsiz?

- Deməzdim ki, diqqətlə baxıram. Amma nəticələrini bilirəm, oyunlarını izləmişəm. Lakin ümumi bir mənzərəni təsvir etmək çətindir. 

- Ukraynada olduğu kimi Azərbaycanda da prioritet avrokuboklardır?

- Mümkündür. Stadionun dolmağına görə dəyərləndirə bilərəm. Əsasən anşlaq Çempionlar Liqası və Avropa Liqası oyunlarında olur. Bir də milli komanda oynayanda stadiona azarkeş çox gəlir.

- “Şaxtyor” ÇL-də “Napoli”yə qalib gəlib. Bu qələbə onların növbəti tura keçmək şansını artırıb?

- Bu barədə danışmaq tezdir. Amma “Napoli” ilə oyunda çox mədəni görünürdülər. Düşünürəm ki, məhz səliqəli futbol nəticəsində qələbə haqqımız idi. “Şaxtyor” “Feyenoord”dan daha üstündür. Hətta onlar “Mançester Siti” ilə də mübarizə apara bilərlər. Paulu Fonsekinin sərəncamında olan futbolçular çox yaxşıdır. Klubun qrupdan çıxmaq şansı az deyil. 

- “Dinamo” olduğu “4-lük”də favoritdir?

- Düşünürəm ki, hə. Fikrimcə, kiyevlilər üçün çox mühüm andır. Andrey Yarmolenkonun gedişindən sonra futbolçuların əsas məqsədi odur ki, lidersiz oyuna adaptasiya olsunlar. İstənilən halda “Dinamo” problemsiz qrupdan çıxmalıdır





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right