"Qəbələ" yoxlama oyununda qələbə qazandı

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ" yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" birinci divizion təmsilçisi MOİK-lə qarşılaşıb. 

"Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub. Matç Roman Qriqorçukun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Endi Halidey (2) və Roman Hüseynov fərqləniblər.

Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının V turunda "Səbail"lə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right