"Kəpəz"in zədəli futbolçusu qayıtdı

“Kəpəz”in bir müddətdir ki, zədəsini müalicə etdirən üzvü İlkin Sadıqov komanda ilə birgə məşqlərə qoşulub.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının 3-cü turunda “Neftçi” ilə oyunda sıradan çıxan 20 yaşlı hücumçu 10 gün kollektivdən uzaq qalıb. Qabırğanın yerini dəyişməmiş sınığı diaqnozu qoyulan İ.Sadıqov yalnız ötən həftədən fərdi halda hazırlığa başlayıb.
 
Qeyd edək ki, zədə səbəbindən İ.Sadıqov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını və çempionatda “İnter”ə qarşı matçı buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right