"Kəpəz" "Qarabağ"la oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" dünəndən səfər oyununun hazırlıqlarına başlayıb.

Newsport.az-ın məlumatına görə, Bakıda məşq edən “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Məşq prosesləri hər gün saat 11:00-a təyin olunub.

“Kəpəz” matç öncəsi son məşqinə isə oyunun keçiriləcəyi arenada çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu sentyabrın 17-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right