UEFA-nın reytinqi: Ölkəmiz yerini dəyişmədi

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun 1-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə,  keçirilən 8 matçdan sonra ölkəmizin mövqeyi dəyişməyib. "Qarabağ"ın səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, 18.625 xala malik Azərbaycan 22-ci pillədə qalıb.

London klubunun qələbəsi İngiltərənin isə 1 pillə irəliləyərək 2-ci sıraya yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, siyahıda Azərbaycandan 1 pillə qabaqda olan Rumıniyanın 18.650 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right