Yenə IV turda: Bir ilə 1 gün qalmış

Azərbaycan Premyer Liqasının IV turunun “İnter” – “Kəpəz” oyunu ilk hissənin məhsuldarlığı ilə diqqət çəkib.

Newsport.az saytının məlumatın görə, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.

Azərbaycan çempionatlarında fasiləyədək bu qədər qolun vurulması sonuncu dəfə 1 il əvvəl yaşanmışdı.

Maraqlıdır ki, 2016/17 mövsümünün ən məhsuldar ilk hissəsi də IV turda baş tutub. 2017-ci il sentyabrın 10-da keçirilən görüşdə “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. 8:0 hesabı ilə qalib gələn əyalət klubu bu qollardan 5-ni fasiləyədək vurub. Növbəti belə məhsuldar ilk yarı 364 gün sonra – yəni 1 ilə 1 gün qalmış qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right