Səlahət Ağayev: "Neftçi"yə gələndən özümü xoşbəxt saya bilmirəm"

"Neftçi"nin futbolçusu Səlahət Ağayev Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutan "Sumqayıt" - "Neftçi" (1:0) oyunundan sonra Newsport.az saytına müsahibə verib:

- Növbəti məğlubiyyətinizi aldınız. Oyunla bağlı nə deyə bilərsən?

- Gördüyünüz kimi, birinci hissəyə yaxşı başlamadıq, ikinci hissədə isə bir qədər toparlandıq. Belə deyək, bəxtimiz gətirmədi. İmkanlarımız olsa da, istifadə edə bilmədik. Əgər epizodların birindən yararlana bilsəydik, hesab fərqi olacaqdı. 

- Tam fərqli iki komanda gördük. İkinci hissədə daha yaxşı oynamağınıza səbəb nə oldu?

- Məğlub durumda idik və irəli getməyi düşünürdük. Məncə, məşqçimizin də əvəzetməsi öz bəhrəsini verdi. İrəli atıldıq, imkanlarımız oldu, ancaq qol vura bilmədik. 

- Tərlan Əhmədovun komandanın "sükanı arxası"na keçəcəyi bildirilir. Bu barədə futbolçulara məlumat verilib?

- Yox, dəqiq məlumatım yoxdur. Mən də bu barədə mətbuatdan oxumuşam.

- "Neftçi" özünə gəlməkdə çətinlik çəkir. Komandanı yuxudan oyatmaq üçün nə etmək lazımdır?

- Bilirsiniz ki, hər bir baş məşqçinin öz oyun tərzi var. Elə bir məşqçi gəlir ki, komandaya güc qata bilmir. Amma futbolçulardan da çox şey asılıdır. Elə bil ki, "Neftçi"nin üzərində qara bulud dayanıb və ondan yaxa qurtara bilmirik. Belə deyim, "Neftçi"yə gələndən özümü xoşbəxt saya bilmirəm. Komandaya gəldiyimə görə peşman deyiləm. Amma nə qədər uduzmaq olar? Bu vəziyyətdə bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

- "Neftçi"yə gəldiyinə görə peşman deyilsən?

- Yox. Futbolda belə uğursuzluqlar olur. Bizim üçün ən böyük uğuur bu vəziyyətdən çıxmaq olacaq. Bu durumu geridə qoymaq üçün əlimizdən gələni edəcəyik.  

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right