Elşad Əhmədov: “Neftçi”ni düzəltmək üçün yeni baş məşqçiyə çox vaxt lazımdır”

“İlk hissədə zəif çıxış etdik. Futbolçulardan belə oyun gözləmirdim”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Sumqayıt”a məğlub olub – 1:0.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik”.

- Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətirilib. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Vallah, mən öz işimin öhdəsindən gəlməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- Yeni gələn baş məşqçiyə “Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right