Bu gün Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, günün yeganə matçı Sumqayıtda oynanılacaq. Eyniadlı komanda “Neftçi”ni qəbul edəcək.
“Sumqayıt” mövsümə qələbə ilə başlasa da, ardıcıl 2 səfər matçında xala həsrət qalıb.
Paytaxt klubu isə cari mövsüm hələ ki qələbəyə həsrətdi.
Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.
10 sentyabr
Azərbaycan Premyer Liqası, IV tur
19:00.“Sumqayıt” - “Neftçi” - 1:0
Qol: Amil Yunanov, 25 (p)
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”