"CBC Sport" müraciət yaydı

“CBC Sport” kanalı rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət ünvanlayıb.

Newsport.az xəbər verir ki, müraciətdə telekanalın adından son vaxtlar sosial şəbəkələrdə açılan saxta profillərdə yazılanlara inanmamağa çağırıb:

“Hörmətli "CBC Sport" izləyiciləri, son günlər kanalımızın adına müxtəlif sosial şəbəkələrdə saxta hesablar açıb, kanalın mövqeyini əks etdirməyən məlumatlar paylaşılır. Sizdən xahiş edirik ki, sosial şəbəkələrdə ancaq kanalın rəsmi hesablarını izləyəsiniz.  

"CBC Sport" kanalı Türkiyə Super Liqasının oyunlarının yayım hüququna yiyələnib. Texniki infrastruktur hazır olandan sonra matçların yayımına başlayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right