Ayxan Abbasov məmnundu: "Nəticədən razıyam"

Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə matçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mütəxəssis nəticədən razı qaldığını bildirdi.

- Bu rəqiblə oyunlarımız həmişə gərgin keçir. Bu gün eyni ssenari təkrarlandı. Oyuna yaxşı başladıq. Doğrudu, ilk yarının sonlarında bir qədər keyfiyyətsiz futbol sərgilədik. Lakin ikinci hissədə yenidən istədiyimiz futbolu sərgilədik. Qol da vurduq. Qələbə hesabını qoruya bilməsək də, nəticədən razıyam.

- Penalti epizodunu təkrarına baxmağa vaxt tapdınız?
- Bəli. Top futbolçumuzun əlinə dəymişdi. Sadəcə, ikinci hissəyə 5 dəqiqə əlavə olunmasından narazı qaldım.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right