1-ci divizionda 8 klubun iştirakına icazə verildi

Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, aşağıdakı qərarı qəbul edib.

Newsport.az-ın məlumatına görə, qərara əsasən sənədləri qaydasında olan 8 klubun I divizionda iştirakına icazə verilib.

Bunlar “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-dir.

“Binə” FK, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” klublarına isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18:00-dək vaxt verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right