“İnter”dən qələbə, Qəbələdə "sülh" Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 4-cü turun oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, turun ilk oyunu Bakıda keçiriləcək. Burada "İnter" "Kəpəz"i qəbul edəcək.

Günün digər matçı Qəbələdə oynanılacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Geridə qalan üç turda maksimum nəticə qazanaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşan Ayxan Abbasovun kokomandasının çətin Qəbələ səfərindən hansı nəticə ilə qayıdacağı maraq doğurur.

Sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu ilə tura yekun vurulacaq.

Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.


9 sentyabr 

Azərbaycan Premyer Liqası, IV tur
 
17:00. “İnter” – “Kəpəz” - 3:2 
Qol: 
Fuad Bayramov, 5 (1:0), Adrian Skarlatake, 21 (2:0), Aqşin Quluzadə, 32 (3:0), Şəhriyar Əliyev, 36 (3:1), Kərim Diniyev, 37 (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“İnter Arena”

 
20:30. “Qəbələ” – “Zirə” - 1:1 
Qol: 
Viktor İqbekoyi, 74 (0-1). Cavid Hüseynov, 90+2. pen.(1-1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right