"Neftçi"nin sabiq baş məşqçisi təklif gözləyir

Ukraynalı mütəxəssis Anatoli Demyanenko məşqçiliyə qayıtmaq istəyir.

Newsport.az saytının məlumatına görə, bu barədə 58 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O, təklifləri nəzərdən keçirməyə hazır olduğunu deyib:

“Yeni təklifləri nəzərdən keçirməyə hazıram və bundan çox xoşbəxt olaram. Ölkəxarici və ya Ukrayna klubu olması vacib deyil. Əsas odu, məqsədi, hədəfləri olan klub olsun. Mənə bir neçə təklif olub, lakin həmin klubların ciddi məqsədləri olmadığına görə qəbul etmədim”.

Xatırladaq ki, Demyanenko məşqçi karyerası ərzində ÇSKA (Kiyev), “Borisfen”, “Dinamo” (Kiyev), “Nasaf” (Özbəkistan) klublarında çalışıb. O, 2008-ci ildə “Neftçi”nin “sükanı arxasında” olub. “Ağ-qaralar” onun rəhbərliyi altında İntertoto kubokunda iki mərhələ keçmişdi. Demyanenkonun son iş yeri “Volın” olub. 2013-cü ildə Lutsk təmsilçisindən ayrılan mütəxəssis bir neçə ildi heç bir komandanı çalışdırmır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right