Bakı Olimpiya Stadionunun ÇL finalına namizənliyi ilə bağlı təqdimat oldu

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxı təqdim olunub.

Newsport.az-ın  AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb. 

Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right