Millimizin oyunlarının təqvimi bəlli oldu

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, 4-cü qrupda çıxış edəcək millimiz ilk matçını oktyabrın 25-i  Ukraynaya qarşı keçirəcək.  Komandamız oktyabrın 28-i İspaniya ilə qarşılaşacaq. Millimiz son görüşündə Albaniyanı sınağa çəkəcək. Bu qarşılaşma oktyabrın 31-i oynanılacaq.

Qeyd edək ki, 4-cü qrupun matçları Albaniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right