"Qarabağ"da ciddi itki: "Çelsi" ilə oyunu buraxacaq

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”nin qonağı olacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, ağdamlıların müdafiəçisi Ansi Aqolli londonlularla matçı buraxacaq.

Bu haqda məlumatı saytımıza klubun mətbuat katibi Nurlan İbrahimov verib. 34 yaşlı müdafiəçi Albaniya millisinin DÇ-2018-in seçmə oyununda Makedoniya ilə qarşılaşmasında sıradan çıxıb. 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-i Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right