“Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdır” - Elyunussi

Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gələrək Ağdam klubunda qoşulub.

Newsport.az saytının məlumatına görə, 29 yaşlı vinger "atlılar"a keçidi haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdır. “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right