Stadionun yerinə şadlıq sarayı!

Azərbaycanda yeni stadionlar əsasən 2005-ci ildən sonra tikilməyə başladı. Həmin il futbolun inkişafına dair dövlət proqramının qəbul edilməsindən sonra Bakıda və bölgələrimizdə bir neçə yaşıl meydança tikilib istifadəyə verildi.

Newsport.az saytının məlumatına görə, ancaq təəssüflər olsun ki, bu proses proqramın müddətinin bitməsi ilə dayandı. Tikilən stadionların bir çoxu yararsız hala düşdü. Bununla yanaşı, paytaxtımızda olan, sovetlər dönəmindən qalma bir çox stadion dağıdıldı. Onlardan biri uzun illərdir "Razin stadionu" kimi tanınan, Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yaşıl meydançadır. Sportfm.az saytının əməkdaşı stadiona baş çəkdikdə, ərazidə qızğın tikinti işləri getdiyinin şahidi olub. Orada çalışan fəhlələrin əməkdaşımıza verdiyi məlumata görə, ərazidə şadlıq sarayı inşa edilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right