Millimiz İrlandiaya belə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, 5-ci qrupda çıxış edən yığmamız ilk ev oyununda İrlandiyanı sınağa çəkib. "Dalğa Arena"da keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
İsraillə səfər matçında uduzan Yaşar Vahabzadənin komandası bu görüşdə də xalsız qalıb.
 
Azərbaycan - İrlandiya - 1:3 
Qollar: 
Mahir Mədətov, 12 - Manninq, 9, 37, Qreqo-Kox, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53 (Azərbaycan)






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right