Pedro Enrike: "Qarabağ"dan təklif gələndə təəccüblənmişdim"

"Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike Yunanıstan mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, "gazetta.gr" saytına danışan 27 yaşlı hücuma meyilli yarımmüdafiəçi "Qarabağ"dan təklif alanda təəcübləndiyini bildirib. Braziliyalı oyunçu icarə müddəti başa çatdıqdan sonra PAOK-a qayıdacağını da sözlərinə əlavə edib:

"Qarabağ"dan təklif gələndə təəccüblənmişdim. Ürəyimin səsi PAOK deyirdi, həqiqətən də komandadan ayrılmaq istəmirdim. Komandamız Avropa Liqasında mübarizəni dayandırmışdı. Salonikidə unudulmaz günlər yaşadım, hər şey fantastik idi. Ancaq bu, futboldur. İdmanın bu növündə bir çox şeylər həyatımızdakı kimi tez baş verir və dəyişir. Onu bilirəm ki, PAOK-a geri dönəcəm. Düşünmürəm ki, qapıları üzümə bağlasınlar".

Enrike "Qarabağ"ı seçməyində Çempionlar Liqası turnirinin əhəmiyyət daşıdığını bildirib:

"Qarabağ"ın layihəsi maraqlı idi. İstədiyin vaxt Çempionlar Liqası kimi bir turnirdə çıxış edə bilmərsən. Əlbəttə, çox istəyərdim ki, bu yarışda PAOK-un heyətində oynayım. Bəlkə də PAOK-a geri dönəndə biz ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağıq".

Braziliyalı oyunçu sonra PAOK fanatlarına təşəkkür edib:

"Onlar əsl pərəstişkarlardır. Onlara təşəkkür edirəm. İnanıram ki, məni hələ də dəstəkləməyə davam edəcəklər. PAOK-un yeni mövsümə pis başlamasına görə çox məyusuq. Ümid edirəm ki, hər şey düzələcək. Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək istəyirdik, amma alınamdı. Buna baxmayaraq, həyat davam edir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right