"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçildi

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul olunub.

İclasda klubu baş menecer Zaur Əzizov təmsil edir. Qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar. Bu klub Azərbaycan Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib. Beləliklə, ölkənin ECA-dakı təmsilçiləri siyahısında dəyişiklik baş verib.

Qeyd edək ki, Azərbaycanın digər klubları - "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malikdir (report.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right