Renat debütündən danışdı: "Bu qədər bəsimdir"

"Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Renat Dadşov DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəldikləri (5:1) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Gənc hücumçu millidə debüt etdiyi üçün sevincli olduğunu bildirib: "İndi davamlı olaraq çalışmaq, növbəti oyunlarda yaxşı çıxış etmək lazımdı. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmağı bacaracğıq. 

Norvçlə oyundan öncə də demişdim ki, Azərbaycandan başqa heç bir yığmada oynamayacağam. Bu gün az oynadım, amma mənim üçün bunun fərqi yoxdur. Şadam ki, baş məşqçimiz bu oyunda mənə şans verdi. Hələlik bu qədər bəsimdir, öz üzərimdə çox çalışmalıyam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right