"Biz futbol oynaya bilirik" - Əfran İsmayılov

"İstədiyimiz nəticəni qazandıq. Norveçlə oyundan sonra üstümüzdə xeyli basqı vardı, ancaq öz oyunumuzu oynadıq və çoxlarını inandırdıq ki, biz futbol oynaya bilirik. Baxmayaraq ki, onlar çox zəif idilər, ancaq indiyə kimi bu qədər qol vurmamışdıq. Komandada yavaş-yavaş irəliləyiş görünür və getdikcə daha yaxşı nəticələr əldə edəcəyik".
 
Bu sözləri millimizin üzvü Əfran İsmayılov San Marinonu 5-1 hesabı ilə məğlub etdikləri oyundan sonra Newsport.az saytına açıqlamasında deyib. Futbolçu oyunda dubl etməyi ilə bağlı suala cavab verərkən bunun şişirdilməsinə ehtiyac olmadığını bildirib:
 
"Bu qədər gözləmirdik. Bu Norveçlə oyundan sonra hər birimizin baş məşqçinin tapşırığını lazımınca yerinə yetirməsinin nəticəsidir ki, 5 qol vurduq. Mən futbolçuyam. Qol vura da bilərəm, vurmaya da. Burada şişirdiləsi heç nə yoxdu. Şükürlər olsun ki, iki qol vurdum və milli komandaya xeyir verdim. Qarşıdan çətin oyun gəlir və ciddi hazırlaşmalıyıq ki, həmin görüşdə də belə oynayaq və nəticə qazanaq".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right