"Ciddi həyəcan yox idi" Təmkin Xəlilzadə

Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsində San Marino üzərində qələbə qazandığımız oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az saytı yığmada debüt edən futbolçunun müsahibəsini təqdim edir:
 
- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.
 
- 5 qol vurmağınız gözlənilməz olmadı?
- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdır. Futbolçular bu matçda əllərindən gələni etdilər.
 
- Debüt matçın necə keçdi?
- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.
 
- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...
- Qələbədə pay sahibi olmaq əla hissdir. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudur. Mənim və ya başqasının vurmasının ciddi əhəmiyyəti yoxdur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right