"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Milli komandaların oyunları ilə əlaqədər Azərbaycan Premyer Liqasında yaranmış fasilədən "Qəbələ" və "Sumqayıt" klubları istifadə edib.

Newsport.az-ın məlumatına görə, sözügedən komandalar İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gəliblər. Qarşılaşmada "Sumqayıt" 3:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı "Sumqayıt"ın forvardı Amil Yunanov açıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev dubl edib. "Qəbələ"nin yeganə qolunu isə Endryu Hellidey vurub.

12-ci dəqiqədə "Sumqayıt"dan Cavid Tağıyev, 27-ci dəqiqədə isə "Qəbələ"dən Filip Ozobiç penaltidən istifadə edə bilməyiblər.

"Qəbələ" - "Sumqayıt" - 1:3
Qollar:
 Amil Yunanov 22, Cavid İmamverdiyev, 56, 70 -  Endryu Hallidey 45 (pen.)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right