Ömər Paşayevə yeni təyinat

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb.
 
Newsport.az-ın məlumatına görə, gənc FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Kipr qarşılaşmasını idarə edəcək. 
 
Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. 
 
Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə yenib, İsveç isə hələ oyun keçirməyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right